DİN: "Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb"

 DİN:  "Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb"
  16 İyun 2025    Oxunub:1251
İyunun 14-ü və 15-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən qalan 4 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli qismində 96 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Din   saxlanılmalar  



Xəbər lenti