Bank kartlarından 5000 manatdan çox vəsait oğurlanıb

Bank kartlarından 5000 manatdan çox vəsait oğurlanıb
  16 İyun 2025    Oxunub:967
Dələduzlar həftəsonu vətəndaşların bank kartlarından 5000 manatdan çox vəsait oğurlayıblar.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, iyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat vəsait kiber üsulla oğurlanıb.

Bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir

“Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir. Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin”,- məlumatda vurğulanır.

AzVision.az




Teqlər: DİN   kartlatr   oğurluq  



Xəbər lenti