Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub

   Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub
  16 İyun 2025    Oxunub:838
Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.
Təxliyə olunan 10 nəfərlik qrupun əksəriyyəti Tacikistan Respublikasının vətəndaşlarıdır. Onlar müəyyən olunmuş qaydalara uyğun olaraq sərhəd yoxlamasından keçib və daha sonra paytaxt istiqamətində yola salınıblar. Bu, gün ərzində təxliyə olunan ilk qrupdur.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti