Dörd ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

   Dörd ölkənin vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
  17 İyun 2025    Oxunub:921
Belarus, Rusiya, Tacikistan və Vyetnamdan daha bir qrup şəxs Azərbaycana təxliyə olunub.
Təxliyə edilənlər arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, həmçinin İranda müxtəlif sahələrdə çalışan şəxslər olub.

Ötən 5 gün ərzində “Astara” sərhəd-keçid məntəqəsindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın xeyli sayda vətəndaşları eləcə də qismən ABŞ, İspaniya, Portuqaliya, Finlandiya, Filippin vətəndaşları Azərbaycana təxliyə olunublar.

Təxliyə olunan ən böyük qrup isə İranda bir aydır film çəkilişi aparan Rusiyanın incəsənət ustalarıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti