Kiyev kütləvi zərbələrə məruz qalıb
“Düşmən PUA-larının daha bir böyük qrupu şəhərin mərkəzinə doğru hərəkət edir”, - Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib.
Ukrayna ordusunun Hərbi Hava qüvvələrinin (HHQ) Komandanlığı Rusiyanın Tu-95MS strateji bombardmançı təyyarələrinin fəaliyyətini qeydə alıb.
Komandanlığın rəsmi Telegram-kanalında bildirilib ki, Rusiyanın Murmansk vilayətindəki “Olenya” aerodromundan iki təyyarə havaya qalxıb. Hazırda bombardmançı təyyarələr cənub-şərq istiqamətində uçur.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


