Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  18 İyun 2025    Oxunub:369
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 18-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

AzVision.az



Teqlər:



Xəbər lenti