Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edilib
Müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.
Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.
Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


