Sahibə Qafarovaya fəxri medal təqdim olunub

Sahibə Qafarovaya fəxri medal təqdim olunub
  18 İyun 2025    Oxunub:1219
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) fəxri medalı təqdim olunub.
AzVision.az xəbər verir ki, medalı Bolqarıstan Milli Assambleyasının Prezidenti Nataliya Kiselova iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında təqdim edib.

Xatırladaq ki, bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Azərbaycandan Bolqarıstana keçib.


Teqlər: Təltif  



Xəbər lenti