Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb
General-polkovnik Z.Həsənov ilə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib. Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub. Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində (MKM) olan Azərbaycan müdafiə nazirinə MKM-in əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


