Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
Ziyarət çərçivəsində hər iki ölkənin liderləri Kahramanmaraş şəhərində inşa edilmiş “Azərbaycan məhəlləsi”nin açılış mərasimində iştirak edəcəklər.
Yaşayış kompleksi 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan tərəfindən həmrəylik nişanəsi olaraq inşa edilib.
Görüş zamanı həmçinin regional proseslər və Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Səbinə Həsənova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


