Binanın damında tikilən hovuz sökülüb

Binanın damında tikilən hovuz sökülüb
  19 İyun 2025    Oxunub:1097
Bakının Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb. Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb.

AzVision.az



Teqlər:



Xəbər lenti