Diplomatik korpus nümayəndələri Laçına gediblər

Diplomatik korpus nümayəndələri Laçına gediblər
  20 İyun 2025    Oxunub:1092
Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, qonaqları Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

İlkin olaraq nümayəndə heyətinə Laçın Beynəlxalq Hava Limanı haqqında ətraflı məlumat verib. Diplomatlar hava limanında yaradılmış şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, səfərdə ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

AzVision.az


Teqlər: diplomat   Laçın   səfər  



Xəbər lenti