Beyninə qan sızan aktyorun vəziyyəti açıqlanıb

Beyninə qan sızan aktyorun vəziyyəti açıqlanıb
  20 İyun 2025    Oxunub:1125
Dünən beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

AzVision.az


Teqlər: aktyor  



Xəbər lenti