NATO Silahlı Qüvvələrə dərs keçəcək

NATO Silahlı Qüvvələrə dərs keçəcək
  15 Fevral 2013    Oxunub:2249
NATO və ABŞ-ın hərbi ekspertlərinin Azərbaycana səfəri gözlənilir.
AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, səfərin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsidir.
"Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında baş tutacaq səfər 18-19 fevral tarixlərinə planlaşdırılıb.
Bunun ardınca, fevralın 20-21-də isə Azərbaycan-ABŞ iş planına əsasən Almaniyanın Ştutqart şəhərində işçi qrupun görüşü keçiriləcək.


Teqlər:





Xəbər lenti