Proqramda 4iG Holdinqinin tərkibinə daxil olan Hungaro DigiTel, Remred və GeoData şirkətlərinin nümayəndələri iştirak ediblər. Təlimlər çərçivəsində iştirakçılara peyk və yerüstü sistemlərin işləmə prinsipləri, radiotezliklərin idarə olunması və şəbəkə əməliyyatları mövzularında ətraflı bilik və praktiki bacarıqlar təqdim olunub.
Azərkosmosun mütəxəssisləri tərəfindən keçirilən bu təlim iştirakçılar üçün interaktiv müzakirələrlə müşayiət olunub. Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, 4iG Budapeştdə yerləşən və Macarıstanda, həmçinin Qərbi Balkanlarda fəaliyyət göstərən bir şirkətlər qrupudur. 4iG telekommunikasiya, sistem inteqrasiyası, kosmos və müdafiə sənayesi sahələrində qabaqcıl inteqrasiya olunmuş xidmət təminatçısıdır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


