Diplomatik korpusun nümayəndələri Ağdamda I Yenilənib

 Diplomatik korpusun nümayəndələri Ağdamda  I Yenilənib
  21 İyun 2025    Oxunub:1361
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

AzVision.az xəbər verir ki, xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.

Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında, bu gün səhər isə Şuşada olublar.

***

Diplomatlar Ağdam şəhəri ilə tanış olacaqlar.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşadan sonra Ağdama səfəri başlayıb.

Xəbər verdiyimiz kimi dünəndən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Səfər çərçivəsində nümayəndələr “Hoçazfilm” kinostudiyasını və “Yurd” qalereyasını ziyarət ediblər. Kinostudiyada qonaqlara filmlərdə istifadə olunan müxtəlif maketlər təqdim olunub.

“Yurd” qalereyasında isə qonaqlara Qarabağ xalçaları nümayiş olunub. Xüsusilə Laçında toxunan xalçalar böyük maraq doğurub. Qonaqlara xalçaçılıq prosesi, o cümlədən ilmələrin necə atıldığı əyani şəkildə göstərilib.

İyunun 21-də diplomatik korpusun nümayəndələri Şuşa və Ağdam şəhərlərinə yola düşəcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti