Ermənistanın ərazilərimizdə qanunsuz məskunlaşdırma cinayəti sübut olunub

   Ermənistanın ərazilərimizdə qanunsuz məskunlaşdırma cinayəti sübut olunub
  21 İyun 2025    Oxunub:1145
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübut olunub.
Qondarma rejimin “rəhbəri olmuş” təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.

B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub. “Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs layihənin yarımçıq qaldığını da bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti