Pensiyalar ödənilib

Pensiyalar ödənilib
  21 İyun 2025    Oxunub:677
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti