İyun ayının pensiya ödənişi yekunlaşıb

İyun ayının pensiya ödənişi yekunlaşıb
  22 İyun 2025    Oxunub:1260
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.
AzVision.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az


Teqlər: Pensiya   iyun  



Xəbər lenti