Türkiyə XİN: İran-İsrail müharibəsinin miqyası genişlənə bilər
Bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.
Türkiyə XİN açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Açıqlamada, həmçinin deyilir: “İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


