İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? I VIDEO
Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu vəziyyət Azərbaycana da mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sıralamasında İran və Körfəz ölkələri ilk onluqda yer alan əsas ölkələrdəndir.
"Hava məkanının bağlı olması birbaşa uçuşların ləğvi ilə nəticələnir ki, bu da turizm axınına mənfi təsir göstərəcək", - deyə o bildirib.
Turizmçilər əsas narahatlığın Körfəz ölkələrindən gələn turistlərlə bağlı olduğunu deyirlər. Əgər əvvəllər bu turistlər İran üzərindən uçaraq Dubaydan Bakıya 2.5-3 saata çata bilirdilərsə, indi bu müddət 5-6 saata qədər uzanır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


