Xüsusi karantin rejiminin müddəti uzadılıb

   Xüsusi karantin rejiminin müddəti uzadılıb
  23 İyun 2025    Oxunub:751
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.
AzVision.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

AzVision.az



Teqlər: COVİD-19   Karantin  



Xəbər lenti