Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan xüsusi endirim!

Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan xüsusi endirim!
  23 İyun 2025    Oxunub:1233
“Azercell Telekom” MMC və “PAŞA Sığorta” ASC arasında tərəfdaşlıq çərçivəsində “Premium” tarif paketinin istifadəçilərinə eksklüziv kampaniya təqdim olunur.
Belə ki, “Premium” tarifinin abunəçiləri PAŞA Sığortanın “Tam Kasko” məhsulunu 30% endirimlə əldə edə biləcəklər. Sözügedən sığorta paketi yol-nəqliyyat hadisələri, oğurluq, yanğın, təbii fəlakətlər və digər riskləri əhatə edir.

Bu təklifdən faydalanmaq üçün “Premium” abunəçiləri “Azercell” mobil tətbiqi vasitəsilə müraciət edərək kampaniyaya qoşula bilərlər.

Ətraflı məlumat üçün: https://pasha-insurance.az/az


AzVision.az


Teqlər:



Xəbər lenti