Aİ Hörmüz boğazının bağlamasını son dərəcə təhlükəli addım adlandırıb

   Aİ Hörmüz boğazının bağlamasını son dərəcə təhlükəli addım adlandırıb
  23 İyun 2025    Oxunub:940
Avropa İttifaqı İranın Hörmüz boğazını bağlamasını “son dərəcə təhlükəli” addım adlandırıb.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Aİ üzv ölkələrinin XİN başçılarının görüşü çərçivəsində jurnalistlərə bildirib.

“İranın ABŞ-nin nüvə obyektlərini bombalamasına cavab olaraq Hörmüz boğazını bağlaması hamı üçün pis olacaq və bu son dərəcə təhlükəli addımdır. Nazirlər hazırda diplomatik həll yollarına fokuslanıblar. Qisas və müharibənin genişlənməsi ehtimalı isə çox böyük narahatlıq doğurur,” – deyə o əlavə edib.

Bundan əlavə, Kallas Tehranın nüvə proqramının mümkün bərpasının qarşısını almaq üçün Avropa İttifaqı tərəfindən İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinə tərəfdar çıxıb.

AzVision.az


Teqlər:



Xəbər lenti