Ölkədə yağıntılı hava hökm sürür

Ölkədə yağıntılı hava hökm sürür
  24 İyun 2025    Oxunub:1217
İyunun 24-ü saat 09:00 üçün məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 38, Zaqatalada 31, Sarıbaşda (Qax) 15, Daşkəsəndə 5, Şəki, Göygöl və Gədəbəydə 3, Naxçıvan, Ordubad, Gəncə, Naftalan, Şəmkir, Oğuz, Şahdağ, Tərtər, Yevlax, Sabirabad, Ağstafa, İsmayıllı, Lənkəran, Mingəçevir, Astara, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1 mm-dir.

Bir sıra ərazidə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Naftalanda 22, Mingəçevirdə 20, Tərtərdə 16, Bərdə, Culfa, Şəkidə 15 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.

AzVision.az


Teqlər: hava  



Xəbər lenti