"Bir çox ölkə Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyini təmin edir"

   "Bir çox ölkə Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyini təmin edir"
  24 İyun 2025    Oxunub:1230
"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında dilə gətirib:

"Bu gün Azərbaycan qazı kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edilir. Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir".

AzVision.az


Teqlər: Prezident   açılış   çıxış  



Xəbər lenti