Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb

Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
  24 İyun 2025    Oxunub:1198
Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib:

"Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi hünərlər xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin bərpa edilməsi üçün canından keçmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da güclənəcək. Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanı və Ordumuzun əsgər və zabitlərini təbrik edirik".

AzVision.az


Teqlər: MM   Prezident   təbrik  



Xəbər lenti