"İstilik təchizatı haqqında" yeni qanun qəbul olunub

"İstilik təchizatı haqqında" yeni qanun qəbul olunub
  24 İyun 2025    Oxunub:1255
Milli Məclisin bu gün keçirilən iclasında "İstilik təchizatı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihəsi 7 fəsil, 26 maddədən ibarətdir. Yeni qanun layihəsi “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 aprel tarixli 3233 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrası məqsədilə hazırlanıb. Layihənin qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından (ötürülməsindən), satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını, istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini müəyyən etməkdən, istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan, Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları" ləğv edilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: MM   qanun  



Xəbər lenti