Yeni yol tikintisi ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Yeni yol tikintisi ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
  24 İyun 2025    Oxunub:1173
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə qallacaq.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: yol   məhdudiyyət  



Xəbər lenti