Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb
  25 İyun 2025    Oxunub:1065
Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb.
Xidmətdən bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25, Həkəriçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 santimetr artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb, su sərfi saniyədə 214 kubmetr olmaqla, normanın 129 faizini təşkil edir.

AzVision.az


Teqlər:



Xəbər lenti