Bəzi məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

   Bəzi məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq
  25 İyun 2025    Oxunub:1251
Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. Məhkumlar xidmətlərini və istehsal etdikləri məhsulları burada təqdim edə biləcəklər.

AzVision.az



Teqlər:



Xəbər lenti