Cəfər Cabbarlı adına Kinostudiyanın həyətində partlayış baş verib | VİDEO

 Cəfər Cabbarlı adına Kinostudiyanın həyətində partlayış baş verib | VİDEO
  26 İyun 2025    Oxunub:1249
Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində partlayış olub | VİDEO - Yenilənib
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə , film çəkilişi üçün nəzərdə tutulan protexnik vasitələr partlayıb.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.

Qeyd edilib ki, “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

***
FHN partlayışla bağlı növbəti açıqlama yayıb.

Qeyd olunub ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

FHN-in son məlumatına görə, yanğın qısa müddətdə söndürülüb.







AzVision.az





Teqlər:



Xəbər lenti