Yardımlıda xaş-xaş kolları məhv edilib

Yardımlıda xaş-xaş kolları məhv edilib
  27 İyun 2025    Oxunub:1487
Yardımlı rayonunda aşkarlanmış xaş-xaş kolları yandırılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkarlanıb.

Ümumi çəkisi 1650 kiloqram olan 9 min 200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

AzVision.az


Teqlər: DİN   Yardımlı  



Xəbər lenti