İlham Əliyev Polşanın ölkəmizdəki yeni səfirinin etimadnaməsini qəbul edib

   İlham Əliyev Polşanın ölkəmizdəki yeni səfirinin etimadnaməsini qəbul edib
  27 İyun 2025    Oxunub:1378
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
xəbər verir ki, səfirin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.


Polşanın Avropa İttifaqının (Aİ) üzvü olduğunu vurğulayn dövlət başçıəmız Azərbaycan-Aİ əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxundu. Prezident İlham Əliyev son dövrlərdə Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd etdi.


Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş etdi.

Pavel Radomski Bakının inkişafının şahidi olduğunu, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.


Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd olunub.


Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




Teqlər:



Xəbər lenti