Müzakirələrdə bu layihələrin hər biri üzrə irəliləyişlər və planlaşdırılan addımlar nəzərdən keçirilib.
Görüşdə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb. Saziş Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpa olunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə EPPEI institutu tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Sənədə əsasən, EPPEI tərəfindən Azərbaycan elektrik enerjisi sisteminin mövcud vəziyyətinə uyğun model və simulyasiya işləri aparılacaq, şəbəkə tədqiqatı təhlil ediləcək, hədəf illər üçün enerji tələbatı proqnozlaşdırılacaq və genişmiqyaslı bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün tövsiyələr hazırlanacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


