Son beş ayda16,5 min əlil uşağa reabilitasiya xidmətləri göstərilib

Son beş ayda16,5 min əlil uşağa reabilitasiya xidmətləri göstərilib
  27 İyun 2025    Oxunub:1251
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin 5 ayında əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib.
AzVision.az Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, onlardan 11,4 min nəfəri ambulator, 813 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

AzVision.az


Teqlər: əlil   uşaqlar  



Xəbər lenti