Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı

Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı
  28 İyun 2025    Oxunub:1303
Sabirabad rayon sakini Xəyal Mustafayev “Toyota” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

AzVision.az


Teqlər:



Xəbər lenti