Prezidentin köməkçisi FIA Senatına üzv seçildi

   Prezidentin köməkçisi FIA Senatına üzv seçildi
  28 İyun 2025    Oxunub:1263
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.
AzVision.az xəbər verir ki, senat FIA-nın idarəedici orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətlərində fəaliyyət göstərir.


Teqlər:



Xəbər lenti