
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə, “Bilim Bakı” mərkəzinin isə kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər. ABAD tərəfindən ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də "Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda baş tutan təlim marağa səbəb olub. Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanovun və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


