Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub

   Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
  28 İyun 2025    Oxunub:1917
Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

(Azərtac)

AzVision.az



Teqlər:



Xəbər lenti