Rusiyada saxlanılan Məzahir Səfərov həbs edilib

 Rusiyada saxlanılan Məzahir Səfərov həbs edilib
  29 İyun 2025    Oxunub:1520
Bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur.
Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti