Daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilə bilər

Daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilə bilər
  29 İyun 2025    Oxunub:1293
Yekaterinburqda məhkəmə daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.
Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.


Teqlər:



Xəbər lenti