FHN: Füzulidə kanalda batan şəxsin axtarışları davam etdirilir

FHN: Füzulidə kanalda batan şəxsin axtarışları davam etdirilir
  29 İyun 2025    Oxunub:2618
Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Nazirlikdən bildirilib ki, hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Teqlər:



Xəbər lenti