İsraildə İrana işləyən daha üç nəfər saxlanılıb
Saxlanılanlardan digər ikisi - Tiberiya şəhərinin sakinləri 18 yaşlı Yoni Seqal ilə 20 yaşlı Nehoray Omri Mizrahiyə adı açıqlanmayan İsrail vətəndaşını öldürmək tapşırılıb. Tapşırığı uğurla yerinə yetirəcəkləri təqdirdə yüz minlərlə şekel (İsrailin pul vahidi) müfakat alacaqları bildirilib. İranlı agent onlara üçüncü ölkənin ərazisində təlim keçmək və hədəfin şəxsiyyətini öyrənmək təklifi irəli sürsə də, plan baş tutmayıb.
Seqal və Mizrahi həmçinin ölkə ərazisindəki ticarət mərkəzləri və xəstəxanaları lentə almaqda, hər bir ticarət mərkəzinin planı, mağazaların və mühafizəçilərin sayı haqqında öz iranlı idarəçilərinə məlumat ötürməkdə şübhəli bilinirlər. Şübhəlilər Heyfa, Tiberiya və Tel-Əvivdəki ticarət mərkəzləri, eləcə də Tel-Əviv şəhərindəki "İçilov" xəstəxanası haqqında İran kəşfiyyatına məlumat göndəriblər.
Məhkəmə hər üç şübhəli barəsində həbs qətimkan tədbiri seçib.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail İran casuslar həbs







Vaxtında, Aydın, Lazımlı!


