Vasif Talıbov ağac budadı - FOTO

Vasif Talıbov ağac budadı - FOTO
  04 Avqust 2014    Oxunub:2522
Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilib.

Muxtar Respublikasının Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Dizayn Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının yaxınlığındakı 10 hektarlıq ərazidə keçirilən iməcilikdə iştirak ediblər.

Ötən iməciliklər zamanı ərazidə 4 mindən artıq meyvə tingi əkilib, damcılı suvarma sistemi qurulub.

Avqustun 2-də keçirilən iməciliyin iştirakçıları ağacları suvarıb, budama işləri aparıb, ətrafda səliqə-sahman yaradıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.


Teqlər:





Xəbər lenti