Dövlət sərhədini pоzan 13 nəfər saxlanılıb

   Dövlət sərhədini pоzan 13 nəfər saxlanılıb
  01 İyul 2025    Oxunub:1427
Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin iyun ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Onların 8-si Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti