Ermənistan Rusiya telekanallarını bağlaya bilər | VİDEO

   Ermənistan Rusiya telekanallarını bağlaya bilər    | VİDEO
  01 İyul 2025    Oxunub:710
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə teleməkanında Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının vacib olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Alen Simonyan jurnalistlərə “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın işi və onun Ermənistan-Rusiya münasibətlərinə mümkün təsirini şərh edərkən belə deyib.

“Bu manqurtların ölkəmizə gəlişi ilə yanaşı, həm də ölkəmizdəki proqramları çoxdan bağlanıb. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq”, - Ermənistan parlamentinin sədri bildirib.

O, gərginlik yaradaraq Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rusiyalı aparıcıları “degenerat” adlandırıb.

Simonyan həmçinin vurğulayıb ki, Ermənistanda baş verənlərin Moskva ilə əlaqələrə xələl gətirdiyini iddia edənlər çox güman ki, Rusiya mediasının təsiri altındadır. Samvel Karapetyanı dəstəkləyən və özünü onun dostu adlandıranlar arasında əvvəllər ondan qeyri-rəsmi şəkildə vəsait alanlar da ola bilər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   telekanallar  



Xəbər lenti