"Azərbaycanlıların öldürülmələri üzrə cinayət işi Baş Prokurorun nəzarətindədir"
"İlkin araşdırmalarla müəyyən edilib ki, Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan çoxsaylı Azərbaycan vətəndaşları əvvəlki illərdə baş vermiş cinayətlərə görə saxlanıb. Onlara bərk, küt əşyalarla çoxsaylı ağır zərbə vurulub. Hüseyn Səfərov aldığı zərbələrdən elə həmin gün saat 15 radələrində Yekaterinburq DİN inzibati binasında, Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhəri gün əməliyyat qurumlarına məxsus avtomobildə daşınartkən dünyasını dəyişib. Meyitlər ölkəmizə gətirilib, tibb ekspertizası təyin edilib. Baş Prokurorun birinci müavinin qərarı ilə geniş tərkibdə istintaq qrupu yaradılıb, cinayət işinin ibtidai istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".
AzVision.az
Teqlər: Rusiya cinayət Baş-Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


