Baş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb

 Baş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
  02 İyul 2025    Oxunub:526
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kabinetindən məlumat verilib.

Görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.

Ölkəmizin 1992-ci ildə İƏT-ə qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib.

Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün İƏT ölkələri üçün faydalıdır.

Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti