Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

   Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
  02 İyul 2025    Oxunub:497
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib.
AzVision.az xəbər verir ki , bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, ombudsman qəbul üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbi şəxslərin hər birini fərdi qaydada dinləyib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.



Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti